• cümə axşamı, 28 mart, 23:06
  • Baku Bakı 13°C

Əfsanəvi hokkey məşqçisi vəfat edib

24.11.14 09:12 1158
Əfsanəvi hokkey məşqçisi vəfat edib
Üçqat Olimpiya çempionu, hokkey üzrə SSRİ millisinin və MOİK komandasının əfsanəvi baş məşqçisi Viktor Tixonov uzun sürən xəstəlikdən sonra Moskvada dünyasını dəyişib.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, 85 yaşlı V.Tixonov oktyabrın ortalarından xəstəxanada müalicə alırdı.
Qeyd edək ki, məşhur məşqçi 1977-ci ildən hokkey üzrə MOİK klubuna və SSRİ yığmasına rəhbərlik edib. Sərt məşqçi üslubu ilə tanınan V.Tixonovun rəhbərlik etdiyi 20 il ərzində MOİK 14 dəfə ölkə çempionu, 14 dəfə Avropa Çempionlar Kubokunun, 2 dəfə SSRİ Kubokunun qalibi olub.
SSRİ yığması isə V.Tixonovun rəhbərliyi altında hokkey üzrə 8 dünya çempionatında və 1978-1991-ci illərdə keçirilən bütün Avropa çempionatlarında birincilik qazanıb. 1980-ci ildə Moskvada keçirilən Olimpiada zamanı finalda gözlənilmədən ABŞ millisinə uduzan SSRİ yığmasının baş məşqçisi məhz V.Tixonov olub. 1994-cü ildə Rusiya millisi ilk dəfə olaraq Olimpiya mükafatı qazana bilmədiyi üçün o, baş məşqçi postundan istefa verib, lakin MOİK-in baş məşqçisi olaraq qalıb. 2003-cü ildə yenidən Rusiya millisini çalışdırmaq təklifini qəbul edən V.Tixonov 2004-cü ildə dünya çempionatındakı uğursuz çıxışdan sonra postunu tərk edib.
banner

Oxşar Xəbərlər