• çərşənbə axşamı, 23 aprel, 22:35
  • Baku Bakı 20°C

Əfsanəvi futbolçunun qəbri yoxa çıxıb

01.06.17 13:40 1272
Əfsanəvi futbolçunun qəbri yoxa çıxıb
Braziliya futbolunun əfsanəsi Qarrinçanın qəbri yoxa çıxıb.
Kaspi.az xəbər verir ki, bu barədə Qarrinçanın qızı məlumat verib. O, atasının qəbri yanında onun xatirəsinə həsr olunmuş mərasim keçirmək istəyərkən, qəbrin yox çıxdığı məlum olub.
İlkin məlumata görə, Qarrinçanın qəbri hələ bir neçə il əvvəl götürülüb. Versiyaya görə, kimsə burda öz yaxın qohumlarından birini dəfn edib.
Amma Qarrinçanın uşaqlarından heç kimin bu barədə məlumatı olmayıb. Üstəlik, əfsanəvi futbolçunun həmin yerdə dəfn olduğunu təsdiq edən heç bir sənəd də yoxdur.
İndi qəbiristanlıq əməkdaşları Qarrinçanın qalıqlarının hara təhvil verildiyi və ya harda basdırıldığı barədə heç bir məlumata sahib deyillər.
banner

Oxşar Xəbərlər