• cümə, 29 Mart, 12:05
  • Baku Bakı 14°C

Əfsanəvi futbolçu Hollandiya millisinin baş məşqçisi oldu

08.02.18 18:40 862
Əfsanəvi futbolçu Hollandiya millisinin baş məşqçisi oldu
Niderlandın Kral Futbol İttifaqı (KNVB) milli yığma komandanın yeni baş məşqçisini müəyyən edib. Bu vəzifəyə Ronald Kuman təyin edilib.

54 yaşlı mütəxəssis KNVB ilə 4,5 il müddətinə - 2022-ci il iyulun 1-dək kontrakt imzalayıb. Yığma komandada Kumanın köməkçiləri Niko-Yan Hooqma və Aloys Venker olacaq.

Ronald Kuman milli komandanın baş məşqçisi vəzifəsində Dik Advokatı əvəz edib. Sonuncu ötən ilin noyabrında, yığma komanda 2018-ci ilin dünya çempionatına vəsiqə qazana bilmədikdən sonra istefa vermişdi. Bundan əvvəl "narıncılar” Avropa çempionatının final mərhələsindən də kənarda qalmışdılar.

Bu təyinat Kumanın karyerasında onuncudur. Onun əvvəlki iş yeri 2017-ci ilin oktyabrında istefaya göndərildiyi İngiltərənin "Everton” klubu olub.

Hollandiyalıların yeni baş məşqçisi vaxtilə iki dəfə (1987, 1988-ci illərdə) ölkənin ən yaxşı futbolçusu elan edilib. Ronald Kuman cərimə zərbələrini ustalıqla yerinə yetirməsi ilə məşhurdur və 533 matçda vurduğu 193 qolla dünya futbol tarixinin ən məhsuldar müdafiəçisi olaraq qalır. O, 1988-ci ildə milli yığma komandanın tərkibində Avropa çempionu olub.
banner

Oxşar Xəbərlər