• şənbə, 20 Aprel, 14:35
  • Baku Bakı 23°C

Əfqanıstanda terror aktı nəticəsində 18 nəfər həlak olub

21.01.19 12:52 442
Əfqanıstanda terror aktı nəticəsində 18 nəfər həlak olub
Əfqanıstanın Maydanşəhr rayonunda xüsusi təyinatlı hərbi qüvvələrin bazası yaxınlığında içərisində bomba olan avtomobilin partladılması nəticəsində 18 nəfər həlak olub, 27 nəfər yaralanıb. Yaralılardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, hərbçilər bazanın ətrafındakı dörd terrorçudan üçünü zərərsizləşdirə biliblər, dördüncü isə bombanı işə sala bilib.
Terror aktına görə məsuliyyəti "Taliban” silahlı qruplaşması öz üzərinə götürüb.
banner

Oxşar Xəbərlər