• cümə axşamı, 18 aprel, 13:31
  • Baku Bakı 22°C

Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 54 nəfərə çatıb

05.02.17 20:23 789
Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 54 nəfərə çatıb
Əfqanıstanda yağan güclü qardan sonra qar uçqunları və şaxta nəticəsində son 3 gündə ölənlərin sayı 54 nəfərə çatıb.
APA-nın "France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin ləğvi üzrə naziri Ömər Məhəmmədi açıqlayıb.
Ö. Məhəmmədi deyib ki, ölkənin 22 əyalətində qar uçqunu və şaxtalar nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb, 42 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində 168 ev dağılıb, 340 baş mal-qara ölüb.
banner

Oxşar Xəbərlər