• çərşənbə, 08 May, 19:45
  • Baku Bakı 18°C

Əfqanıstanda partlayış olub: 5 polis əməkdaşı ölüb

14.07.19 18:22 14130
Əfqanıstanda partlayış olub: 5 polis əməkdaşı ölüb
Əfqanıstanın Bağlan əyalətində yol kənarında quraşdırılmış partlayıcı qurğu işə düşüb.
Trend-in "TOLO News"a istinadən verdiyi məlumata görə, iyulun 13-ü baş verən insident nəticəsində 5 polis əməkdaşı həlak olub, 2-si isə xəsarət alıb.
Bildirilir ki, partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb.
Regionda fəaliyyət göstərən heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti hələlik öz üzərinə götürməyib.
banner

Oxşar Xəbərlər