• cümə, 29 Mart, 01:26
  • Baku Bakı 7°C

Əfqanıstanda intiharçı hücumu

17.12.17 17:45 2415
Əfqanıstanda intiharçı hücumu
Əfqanıstanın cənubunda əcnəbi əsgərləri daşıyan avtomobil karvanının yaxınlığında partlayıcı maddə ilə dolu avtomobilin partlaması nəticəsində bir qadın həlak olub.
Trend-in "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Hücum, Qəndəhar əyalətinin Daman mahalında yerli vaxtla saat 14.00-də baş verib. Partlayış nəticəsində daha beş mülki şəxs yaralanıb. İlkin məlumatlara görə, xarici əsgərlər arasında ölən və xəsarət alan yoxdur. Hələlik heç bir qruplaşma hücum görə məsuliyyəti öz üzərinə götürməyib.
banner

Oxşar Xəbərlər