AZE | RUS | ENG |

Əfqanıstana düşən təyyarənin qəza səbəbi bəlli oldu

Əfqanıstana düşən təyyarənin qəza səbəbi bəlli oldu
Azərbaycanın "SilkWay" şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığı açıqlanıb.
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov bu gün keçirdiyi brifinqdə bildirib.

 
O, təyyarənin hansı maneəyə dəyməsi ilə bağlı araşdırma aparıldığını deyib.
 
Qeyd edək ki, mayın 18-də "SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
 
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.
 
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya artıq Əfqanıstana yola düşüb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202