• cümə axşamı, 28 mart, 18:31
  • Baku Bakı 13°C

Əfqanıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib

30.11.17 19:16 4085
Əfqanıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib
Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana işgüzar səfərə gəlib.

APA-nın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əfqanıstan prezidentinihavalimanında Azərbaycan maliyyə naziriSamir Şərifov, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərin məqsədi dekabrın 1-də Bakıda keçiriləcək "Asiyanın ürəyi-İstanbul prosesi”nin iclasında iştirak etməkdir.Səfər çərçivəsində onun Azərbaycan prezidentiİlham Əliyevvə digər rəsmilərlə görüşləri nəzərdə tutulur.

Prezidentlər arasında görüş zamanı Azərbaycanla münasibətlərə dair 5 sənədin imzalanması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər