• cümə axşamı, 18 aprel, 16:12
  • Baku Bakı 22°C

Əfqanıstan ordusu "Taliban" liderlərindən birini zərərsizləşdirib

01.12.19 14:45 478
Əfqanıstan ordusu "Taliban" liderlərindən birini zərərsizləşdirib
Əfqanıstan milli ordusunun 209-cu korpusunun Mətbuat mərkəzinin rəhbəri Hanif Rezai radikal "Taliban" hərəkatının əsas komandirlərindən biri Məvlavi Nuriddinin zərəsizləşdirildiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.
"Minqacik rayonu ərazisində "taliblər"in hökumət mövqelərinə hücumundan sonra 1 saatdan çox davam edən silahlı toqquşma nəticəsində Nuriddinlə birlikdə beş silahlı öldürülüb, daha yeddi döyüşçü, həmçinin səhra komandiri yaralanıb", - deyə o bildirib.
Rezai qeyd edib ki, toqquşmadan sonra silahlılar itki verərək geri çəkiliblər.

banner

Oxşar Xəbərlər