• cümə axşamı, 25 aprel, 19:51
  • Baku Bakı 21°C

Əfqanıstan hökuməti və “Taliban” hərəkatının birgə komitəsinin iclası təxirə salınıb

13.09.20 18:02 590
Əfqanıstan hökuməti və “Taliban” hərəkatının birgə komitəsinin iclası təxirə salınıb
Əfqanıstan hökumətinin və "Taliban” hərəkatı nümayəndələrinin birgə komitəsinin iclası təxirə salınıb.
AZƏRTAC Pajhwok agentliyinə istinadla xəbər verir ki, iclas sentyabrın 13-nə planlaşdırılmışdı. Komitə iclasının mümkün yeni tarixi barədə məlumat verilmir.
"Taliban” hərəkatı ilə Əfqanıstan hökuməti arasında sülh danışıqları şənbə günü Qətərin paytaxtı Dohada başlayıb. Hökumətin nümayəndə heyətinə Milli Barışıq üzrə Ali Şuranın sədri Abdullah Abdullah başçılıq edir. Dohaya, həmçinin ABŞ-ın dövlət katibi Maykl Pompeo və Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov da gəliblər. Danışıqların əsas mövzusu atəşkəs rejimi və münaqişənin siyasi yolla nizamlanmasıdır.
Danışıqlar prosesinin açılışında çıxış edən Abdullah Abdullahın sözlərinə görə, "tərəflər Əfqanıstana sülh gətirməkdə tam qətiyyətlidir”. Bir müddət öncə isə Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh bunun "tarixdə ən çətin sülh danışıqları olacağını” deyib.
Qeyd edək ki, ABŞ qoşunları Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci il 11 sentyabr hadisələrindən sonra başlayıb. Birləşmiş Ştatlar 19 il sürən münaqişə dövrü ərzində 2,4 mindən çox hərbçisini itirib.
banner

Oxşar Xəbərlər