• cümə, 29 Mart, 02:16
  • Baku Bakı 7°C

Əfqanıstan ABŞ Prezidentinin son bəyanatı ilə bağlı izahat tələb edib

23.07.19 14:21 15419
Əfqanıstan ABŞ Prezidentinin son bəyanatı ilə bağlı izahat tələb edib
Əfqanıstan hökuməti ABŞ Prezidenti Donald Trampın son bəyanatı ilə bağlı izahat tələb edib.AZƏRTACTolo News saytına istinadla xəbər verir ki, Ağ evin sahibi Pakistanın Baş Naziri İmran Xanla keçirdiyi görüşdə bildirib ki, Vaşinqton bir neçə gün ərzində Əfqanıstanda qələbəni təmin edə bilər, amma "10 milyon insanın ölməsini istəmir”.
Rəsmi Kabilin cavab bəyanatında deyilir ki, əfqan xalqı heç bir xarici dövlətə onun taleyini həll etməyə icazə verməz. Bəyanatda deyilir: "Biz ABŞ-ın Əfqanıstanda sülhün bərqərar olması istiqamətində səylərini dəstəkləyirik, lakin ölkəmizin taleyi xarici dövlətlərin liderlərinin görüşündə və Əfqanıstan rəhbərliyinin iştirakı olmadan həll edilə bilməz”. Sənəddə vurğulanır ki, rəsmi Kabil Vaşinqtondan diplomatik kanallar vasitəsilə Trampın mövqeyinə aydınlıq gətirilməsini gözləyir.
banner

Oxşar Xəbərlər