• çərşənbə axşamı, 23 aprel, 21:51
  • Baku Bakı 20°C

Əflatun Amaşov Rusiya XİN nümayəndəsini Azərbaycan jurnalistlərini təhqir etməkdə günahlandırıb

02.05.17 14:30 735
Əflatun Amaşov Rusiya XİN nümayəndəsini Azərbaycan jurnalistlərini təhqir etməkdə günahlandırıb
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanı Azərbaycan jurnalistlərini müntəzəm olaraq təhqir etməkdə günahlandırıb.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Ə. Amaşov bildirib ki, artıq bu məsələ Azərbaycan ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən birinə çevrilib.
M. Zaxarovanın azərbaycanlı jurnalistin Dilqəm Əsgərovla bağlı sualından hiddətləndiyini bildirən Ə. Amaşov deyib ki, onun bu cür davranışı qeyri-peşəkarlıqdır və diplomatik etiketə ziddir: "Mən təklif edirəm ki,Milli Məclisdə bu cür məsələlərə baxsın”.
banner

Oxşar Xəbərlər