• şənbə, 20 Aprel, 18:46
  • Baku Bakı 24°C

Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasında iştirak edəcək

09.04.17 16:43 728
Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasında iştirak edəcək
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclasında məruzə ilə çıxış edəcək.
Mətbuat ŞurasındanAPA-ya verilən məlumata görə, Ə. Amaşov iclasa qatılmaq üçün aprelin 10-dan 13-dək qonşu Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olacaq.
Ə.Amaşovun məruzəsi quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı ilə bağlıdır. Toplantıda habelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq.
banner

Oxşar Xəbərlər