• cümə, 26 Aprel, 22:17
  • Baku Bakı 22°C

Əflatun Amaşov: Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır

19.03.18 14:00 465
Əflatun Amaşov: Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq KİV-lərin monitorinqi aparılır.
Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.
O qeyd edib ki, hazırda 15 qəzetin, 10 informasiya agentliyinin monitorinqi aparılır.
Ə.Amaşovun sözlərinə görə, monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq.
Şura sədri bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi, aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək: "Hər hansı bir məsələ ortaya çıxdığı halda Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq".
banner

Oxşar Xəbərlər