• cümə, 29 Mart, 02:47
  • Baku Bakı 7°C

Əflatun Amaşov: Azərbaycandakı seçki regionda sabitlik baxımından son dərəcə əhəmiyyətlidir

12.03.18 16:00 705
Əflatun Amaşov: Azərbaycandakı seçki regionda sabitlik baxımından son dərəcə əhəmiyyətlidir
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə hər zaman fəal seçki mühiti olub. İndi də cəmiyyətdə aktivlik hiss olunur. Bu, onu göstərir ki, xalq öz taleyinə biganə deyil. Məncə, əsas olan da elə budur".
Bu sözləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O deyib: "Biz seçki mühitini qanunlarımız, beynəlxalq tələblərə uyğun formalaşdırmaqla bir xalq olaraq sivilliyimizi nümayiş etdiririk”.
Deputatın sözlərinə görə, Azərbaycan elə bir coğrafi arealda qərarlaşıb ki, buradakı hər bir taleyüklü proses nəinki region, bütövlükdə dünya üçün əhəmiyyətlidir: "Ölkəmiz qlobal iqtisadi layihələrin reallaşdırıldığı məkandır. Bu cəhət də seçkinin əhəmiyyətini vurğulayan kifayət qədər ciddi amildir. Daha bir məqam Azərbaycanın siyasi arenadakı mövqeyi ilə bağlıdır. Ölkəmiz hər zaman dəqiq müəyyənləşdirilmiş balanslı müstəqil siyasət aparır. Ancaq zaman-zaman bu xəttə qarşı çıxanlar regiondakı balansı pozmaq niyyətinə düşürlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycandakı seçki regionda sabitliyin saxlanılması baxımından son dərəcə vacibdir".
Ə.Amaşov deyib ki, istənilən seçki bir ölkənin tarixində yeni bir mərhələsinin başlanğıcı kimi xarakterizə edilir. Azərbaycanda seçkidən-seçkiyə olan müddətlərdəki vəziyyətin təhlilini aparsaq, gəldiyimiz qənaət bu olar ki, ölkəmizin inkişafı daha da güclənir, müstəqilliyimiz daha çox təmin olunur, möhkəmlənir.
"Bu seçkini gələcəyə daha əmin baxmağımız üçün bir mərhələ kimi dəyərləndirə bilərik. Çünki başlanılmış nəhəng layihələr, qarşıda duran böyük planlar var. Şübhəsiz ki, onlar reallaşdırılmalıdır. Hesab edirəm ki, bu seçki islahatların daha dinamik şəkildə həyata keçirilməsi yolunda böyük başlanğıc olacaq"- deyə, deputat əlavə edib.
banner

Oxşar Xəbərlər