AZE | RUS | ENG |

Əflatun Amaşov: Azərbaycan mətbuatı Gəncə hadisələrinə kifayət qədər peşəkarlıqla yanaşmalıdır

Əflatun Amaşov: Azərbaycan mətbuatı Gəncə hadisələrinə kifayət qədər peşəkarlıqla yanaşmalıdır
İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan güllə, istərsə də dünən iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirilməsi Azərbaycanın müstəqilliyinə atılan güllədir.

Bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Gəncədə baş verən hadisələr birmənalı şəkildə pislənməli və qısa zaman ərzində hadisənin üstü açılmalıdır: "Gəncədəki hadisədə günahı olan şəxslər hüquqi baxımdan cəzalarını almalıdır. Dövlətə qarşı çıxan hər kəs barəsində hüquqi müstəvidə tədbirlər görülməlidir. Əgər bu, belə olmasa, xəyanətkarların sayı çox olacaq və Azərbaycanın müstəqilliyi ilə barışmayan xarici qüvvələr bundan istifadəyə cəhd edəcəklər".

Ə.Amaşov qeyd edib ki, bu hadisələri qızışdıranlar da istər-istəməz Azərbaycanın müstəqilliyinə güllə atan şəxslərlə həmrəydirlər.

Deputat hesab edir ki, həmin şəxslər də müəyyənləşməli və ictimai qınağa çəkilməlidirlər: "Ümumiyyətlə, Azərbaycan cəmiyyəti tanımalıdır ki, kimlər onun müstəqilliyini istəmir, kimlər onun uğurlarını dəstəkləmir. Vaxt itirilmədən, təcili olaraq bu hadisələr özünün siyasi qiymətini almalıdır. Bu hadisələrdə kimlər iştirak edir, kimlər onu törədənlərlə həmrəydirlər - onların hamısının əməlinə hüquqi qiymət verilməlidir".

Azərbaycan jurnalistikasının kifayət qədər vətənpərvər jurnalistika olduğunu nəzərə çatdıran Ə.Amaşov qeyd edib: "Azərbaycan mətbuatı da bu hadisələrə kifayət qədər peşəkarlıqla yanaşmalıdır. Azərbaycan jurnalistikası bu hadisələri işıqlandırarkən mütləq Azərbaycan dövlətçiliyinin prinsiplərini üstün tutmalıdır".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000