Efiopiyada bir sıra hücumlar hazırlayan terrorçu qrup saxlanılıb

Efiopiyada bir sıra hücumlar hazırlayan terrorçu qrup saxlanılıb

Təfsilat
22 Sentyabr 2019, 13:15 119
Efiopiya hökumət qüvvələri böyük terror hücumları hazırlayan İŞİD və "Əş-Şabab” terrorçularından ibarət qrup üzvlərini ələ keçirib.
APA xəbər verir ki, bu barədə "Reuters” Efiopiya Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
"Qrup üzvləri Əddis-Əbəbə şəhərində bir sıra otellərə, obyektlərə hücumlara hazırlıq görürmüş, eləcə də dini mərasimlərin keçirildiyi yerlərdə terror aktları törətməyi planlaşdırırmış”, - deyə məlumatda qeyd olunub.

Həbslər paytaxtla yanaşı ölkənin cənubunda aparılıb. Saxlanılanların sayı hələlik açıqlanmır. Əməliyyatlar Cibuti hökuməti ilə razılaşdırılmış şəkildə həyata keçirilib.