• çərşənbə, 24 Aprel, 16:08
  • Baku Bakı 27°C

UEFA Çempionlar Liqası: "Yuventus"- "Barselona" - 3:0

12.04.17 11:20 928
UEFA Çempionlar Liqası: "Yuventus"- "Barselona" - 3:0
Aprelin 11-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda İtaliyanın "Yuventus" komandası (Turin) doğma meydanda "Barselona"nı (İspaniya) qəbul edib.
AZƏRTACxəbər verir ki, komandalar arasında sayca səkkizinci olan qarşılaşmada turinlilər 3:0 hesabı ilə qalib gəliblər.
Oyunda hesab matçın 7-ci dəqiqəsində açılıb. "Yuventus"un argentinalı legioneri Dibala cərimə meydançasına ötürmədən sonra dəqiq zərbə ilə hesabı açıb - 1:0. On beş dəqiqə sonra kataloniyalıları ək-hücumda yaxalayan "Yuventus" ikinci topu "Barselona"nın qapısından keçirib. Bu dəfə də Dibala adını tabloya yazdırıb. Matçın 55-ci dəqiqəsində isə topa başla dəqiq zərbə endirən Kyellini "Yuventus"un qələbəsini rəsmiləşdirib - 3:0. Matç bu hesabla da başa çatıb.
Beləliklə, ilk oyunda "Barselona"ya 3:0 hesabı ilə qalib gələn "Yuventus" cavab matçı üçün sərfəli nəticə əldə edib.
Qeyd edək ki, "Yuventus"-"Barselona" matçı ilə paralel keçirilməli olan "Borussiya Dortmund"-"Monako" qarşılaşması ev sahibi komandanın futbolçularını daşıyan avtobusun yaxınlığında törədilən partlayışlarla əlaqədar təxirə salınıb.
banner

Oxşar Xəbərlər