• cümə axşamı, 28 mart, 17:25
  • Baku Bakı 16°C

EducationUSA “Alumni Fair” Təhsil Sərgisi

21.04.18 13:50 484
EducationUSA “Alumni Fair” Təhsil Sərgisi
ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə EducationUSA-in "Alumni Fair” adlı ABŞ-da təhsil sərgisi keçirilib.
Sərgi xaricdə təhsillə maraqlananlar üçün ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumat əldə etmək üçün əla fürsət idi. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət edə biliblər.

Sərgidə 17-dən çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz universitetlərini təmsil edərək maraqlanan sərgi iştirakçıları ilə danışıb, onları məlumat və bukletlərlə təmin edib.
banner

Oxşar Xəbərlər