• cümə, 29 Mart, 16:25
  • Baku Bakı 14°C

Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır

21.02.19 11:15 386
Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov qurumun baş direktorunun Afrika və xarici əlaqələr üzrə müavini Eduard Matoko ilə görüşüb.
AZƏRTACxəbər verir ki, A.Kərimov E.Matokonu yeni vəzifəsi münasibətilə təbrik edib, onun uzun illər UNESCO-dakı təcrübəsinin müavin kimi təşkilatın qarşıya qoyduğu məqsədlərə çatmasında böyük rolu olacağına əminliyini bildirib.
Görüşdə Azərbaycan-UNESCO münasibətləri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, ölkəmiz qurumun gənc üzvlərindən olmasına baxmayaraq, qısa müddətdə təşkilatın ən fəal üzvlərindən birinə çevrilib. Onun məqsəd və vəzifələrinin həyata keçirilməsində, bir çox layihələrinin reallaşdırılmasında yaxından iştirak edib. Bu tendensiyanın davam etdirildiyi, ölkəmizin UNESCO-nun önəm verdiyi mədəniyyətlərarası dialoqa, mədəni irsin qorunmasına, Afrika qitəsinin davamlı inkişafına töhfələri diqqətə çatdırılıb.
A.Kərimov Azərbaycan-UNESCO əlaqələrinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük xidmətləri olduğunu vurğulayıb.
Cari ilin may ayında Bakıda UNESCO və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla birgə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, iyun-iyul aylarında isə Ümumdünya İrs Komitəsinin növbəti sessiyasının keçiriləcəyi qeyd edilib və UNESCO rəhbərliyinin bu tədbirlərə qatılması xahiş edilib.
Eduard Matoko Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O, Azərbaycan hökumətinin UNESCO-nun məram və məqsədlərinin həyata keçirilməsi üçün verdiyi töhfələrin əhəmiyyətini, eləcə də Afrika ilə bağlı layihələrdə yaxından iştirakını xüsusi dəyərləndirdiyini bildirib. E.Matoko Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı olduğunu qeyd edərək, münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə inandığını vurğulayıb.
banner

Oxşar Xəbərlər