• cümə, 26 Aprel, 23:32
  • Baku Bakı 22°C

Ədliyyə Nazirliyinin əsgəri faciəli şəkildə həlak oldu

13.01.14 09:22 2675
Ədliyyə Nazirliyinin əsgəri faciəli şəkildə həlak oldu
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Əsgər Coşqun Elşad oğlu Rzayev özünü güllələyib. Əsgər hadisə yerindəcə keçinib.
C. Rzayev Beyləqan rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumatda isə bildirilir ki, yanvarın 12-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayının əsgəri, 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu xidmət apardığı keşikçi postunda növbədə tək olduğu şəraitdə saat 19.10 radələrində ona təhkim olunmuş avtomat silahından açılmış atəş nəticəsində xəsarət alıb. İlkin ehtimala görə hadisə ehtiyatsızlıqdan baş verib.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Lakin görülmüş tədbirlərə baxmayaraq, əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər