• cümə, 29 Mart, 16:14
  • Baku Bakı 14°C

Ədliyyə Nazirliyi Akif Çovdarovun səhhəti ilə bağlı vəkillərin fikirlərinə münasibət bildirib

21.06.17 17:05 2162
Ədliyyə Nazirliyi Akif Çovdarovun səhhəti ilə bağlı vəkillərin fikirlərinə münasibət bildirib
Ədliyyə Nazirliyiləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkillərinin onun səhhətində yaranmış problemlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
APA-nın xəbərinə görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin peşəkar həkim - mütəxəssislərinin Akif Çovdarovun səhhətinə hər zaman həssas yanaşırlar.
"Bu məsələyə tam məsuliyyətlə yanaşılır. Müraciətlər olunursa, heç vaxt reaksiyasız qalmır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, A. Çovdarovun vəkilləri onun səhhətində problemlərin olması ilə bağlı Ədliyyə Nazirliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildirmişdilər.
banner

Oxşar Xəbərlər