• çərşənbə axşamı, 19 mart, 06:20
  • Baku Bakı 8°C

Ədəbiyyatsevərlərin xəyalları gerçəkləşdi

30.01.17 11:45 3258
Ədəbiyyatsevərlərin xəyalları gerçəkləşdi
Portuqaliyanın Obidos şəhərində cari ilin ilk günlərində istifadəyə verilmiş "Ədəbiyyat adamı” ("The Literary Man”) oteli yəqin ki, ilin ən sensasion ədəbiyyat hadisələrindən biri olacaq. Belə görünür ki, görkəmliliyi, dəbdəbəsi, nəhəngliyi və orijinallığı ilə görənləri heyran qoyan otel hələ adından çox bəhs etdirəcək. "Huffington Post”da yer alan xəbərə görə, otellə bağlı açıqlama verən menecer bu il bu sahədə işini ən yaxşı görən mehmanxana olacaqlarına iddialıdır. Tarixi binanın rekonstruksiyasından sonra onun üzərində inşa edilmiş və quruluşuna heç bir xələl gətirilməmiş binanın ümumi restoranı ədəbiyyatsevərlər üçün əsl cənnət məkandır. Satış üçün nəzərdə tutulmuş ayrıca bölmədən başqa burada otel qonaqlarının ixtiyarına verilmiş 50000 nüsxə fondu olan kitabxana var. Bura dünyanın ən möhtəşəm kitabxana-otelidir. Otel nümayəndələrinin verdiyi açıqlamaya görə, il ərzində burada kitab sərgisinin, təqdimatların, qiraət günlərinin təşkili planlaşdırılır. Bir sözlə, Portuqaliyada turistlərə ədəbi festival havası vəd edilir. Yataq otaqlarında da standart kitab rəfi olan oteldə bir gecəlik kirayə haqqı 90 dollardır.
banner

Oxşar Xəbərlər