Ədəbiyyatımızın yaxın dostu və təbliğatçısı Mixail Sinelnikovun yetmiş illiyinə
Bu günlәrdә әdәbiyyatımızın yaxın dostu vә Moskvada tәbliğatçısı Rusyanın әn
önәmli şairlәrindәn biri olan Mixail Sinelnkovun 70 yaşı tamam olur.
O, 1946-cı ildə Ləninqradda
ziyalı ailəsində dünyaya
gəldi. Ailəsi II. Dünya müharibəsində Leninqrad blokadasını yaşadı. Müdriklәrin
dediyi kimi alın yazımız çox şeyi bizdәn daha yaxşı bilir. Özünün də
etiraf etdiyi kimi onun dünyaya gəlişi ailəsini bir çox bəladan qoruyacaqdı. Ailə
yeni dünyaya gələn oğullarını daha sakit və təhlükəsiz bir yerdə böyüdə bilmək
üçün Orta Asyaya köç etmək məcburiyyətində qalacaqdı. Beləcə taleyin əliylə gələcək
şair ömrünün ilk dönəmini Fərqana vadisində Qırğızıstanın
Oş şəhərində keçriməli
olacaqdı. Orta məktəbi və Orş Pedaqoji insitutunun tarix
bölümünü Qırğızıstanda tamamlayacaqdı. Ali məktəbi bitirdikdən sonra iki il
yerli qəzetdə müxbirlik edәcәkdi. Sonra Moskvaya gələcək, burada Maksim
Qorki adına Ədəbiyyat İnsitutunu bitirəcək və gənc yaşlarında ədəbiyyat çevrələrində
adını duyurmağa başlayacadı.
Yaradıcılıq
yolunun başlanğıcında L.Martınov, A.Tarkovski, A.P.Mejirov və s. kimi o zamanın öndə gələn şairləri onun ədəbi uğuruları
haqqında fikir bildirəcəklərdi. Tanışlıq üçün onlardan sadəcə ikisini
örnək olaraq oxucularımızla
bölüşmək istərdim. A.P.Mejirov M.Sinelnikovun ədəbiyyata
yenicə gəlməyə başladığı yetmişinci illərdə
indi gecikmiş tezliklərlə bizim ədəbiyyatımızda da baş verən yenlik adına vəzn
əllaməliklərinin baş alıb getdiyi o çağlarda belə yazırdı: "M.Sinelnikov
klassik Rus şeriinə canı könüldən bağlı olan və bu
ənənənin qəlibi içində qeyri-adi əsərlər verən bir şairdir. Onun çox çətin
ədəbi taleyi var. Gözәlliyә gedәn yollar asan, daşsız ,kәsәksiz olmur. Axı qədim dünya insanları da gözəlliyin çətin başa
gəldiyini vurğulamışdılar. Həvəs sırasının
ya salon, ya da bütpərəst metafizikasının sərhəd tanımayan davranışları, ikinci əl zəyif imkanlı şəkil əllaməlikləri ədəbi
dönəmin gəl-gəl
deyən "işvəli”
tərzləri açıq-aşkar çoxsözçülüyü təhrik edən, süni
bir "ustalıqla” uzadılmış, qısaldılmış xaosqarışımı, intuitiv
lakonikliyi yox edən (əgər
varsa), şeiri hər kəsin
yazabiləcəyi bir alışqanlığa döndərən riskli uzun misralar; klassik Rus şerinə arxaik inamı qoruyan Mixail Sinelnikov kimi şairlər üçün
keçərli deyildir. Əgər bir çoxları kimi o da misralarından göstərişli bir
şəkildə durğu işarələrini qaldırsaydı, şöhrəti birə yüz qat artardı.Amma o
şöhrət axtarmır ki?! Vladislav Xodiseviçin dediyi kimi onun şerinin birinci
sinif materialdan hazırlanmamış xaricdən mürəkkəb görünən ikinci sinif
ədəbiyyatın gərəksiz cəngəlliyindən keçməyə ehtiyacı yoxdur.
XX yüz il rus şerinin lokomotivlərindən biri olan Y.Yevtuşenko isə
onun haqqında sonralar belə yazacaqdı: Hazırladığım "Əsrin
beytləri” adlı birinci antoloğgyamda Mixail Sinelnikovun professional əllə həkk
olunmuş iki şerini daxil etmişdim. Və onun haqqında hələ o zaman yazmışdım:
"Birinci dərəcəli usta…”Doğrudur bir az çəkinərək
"…zaman-zaman öz ustalığını artırmağa çalışmalıdır” qeydini də etmişdim. Onun nəslindən
olan şairlərin bir çoxu, o şairləri ki, mən "dəmir pərdənin uşaqları”
adlandırırdım, onlar ədəbiyyatda tutunamadılar. M.Sinelniokva isə sadəcə ustalığın dəyərli və yetərli olmadığı düşüncəsi kömək etdi. Antologiyama
daxil elədiyim iki şeiri bir-birini təqib edən sözlərin professionallıq mükəmməlliyinə
görə yox, eyni zamanda poeziyanın tarixliyində Puşkinin vəsiyyət etdiyi kimi
ayrı-ayrı epoxaların, hadisə və adların bir metaforik bağla bağlanmasının hiss
olunmasına görə sevmişdim. Yəni M.Sinelnikovu rus şerində "ayrı-ayrı
epoxaların, hadisə və anıların bir metaforik bağla bağlaya bilməsinə”, ənənəni
görməzdikdən gəlmək yox, ona çağla ayaqlaşa biləcək yeni əlavələr edə bilməsinə
görə təqdir edirəm”.
Mixail Sinelnikovla dostluğumuzun hardasa qırx ildən
çox tarixi var. Doğrusunu söyləmək gərəkirsə,
bu dostluq mənim yox, daha çox Mişanın səyi ilə bu günə qədər davam etdi.
1990-cı illərdə Sovet-Rus ordusu tərəfindən başımıza gətirilən
olaylarda Moskvadan da, orda yaşayan və bu hadisələrdə heç bir günahı olmayan sənət
dostlarımdan da sidqim elə sıyrılmışdı ki, bütün əlaqələri kəsməyə qərar
vermişdim. Amma iki böyük şair – rəhmətlik Yuri Kuznetsov və Mixail Sinelnikov
bu əlaqələrimizin qırılmasına imkan vermədilər. Xüsusilə Mixil Sinelnikov
vaxt-bivaxt telefon zəngləri, göndərdiyi məktubları, teleqramları, kitabları,
etdiyi tərcümələriylə əlaqələrimizin dimdik ayaqda qalmasına çalışdı.)
Mixail Sinelnikov Azərbaycanınmızı sadəcə
"yaddaşında mənim misralarımı tutaraq” tanımadı. Sonralar dəfələrlə vətənimizə gəldi,
onun təkrarsız gözəlliklərini öz gözləriylə görmək fürsəti buldu. Mişanın
Bakıya ilk gəlişini xatırlayıram, bizi bir oğru bıçağına hədəf olub zamansız
tərk edən çok istedadlı bir şair olan V.Qofmanla birlikdə gəlmişdilər.Onları
Bakının görməli yerləri ilə tanış etməyə çalışacaqdım. Çox şey, özəlliklə
"Yanar dağ”a səfərimiz onlarda böyük maraq oyandıracaqdı. Son bahar
gecələrindən birində getmişdik alovlar dərəsinə. Yamac azacıq qar örtüyünə bürünmüşdü,
gerçəkdən də qeyri-adi
bir mənzərəydi, bəyaz qarın içindən bənövşə misalı alovlar yüksəlir,
enib qalxırdı: "Lampata titrəyən alev üşüyor!” Sonralar bu əsrarəngiz mənzərələr Mişanın neçə misrasına enerji, işıq
verəcəkdi:
Girdablar şəhəri, Odlar diyarı
Rüzgarlar alovun saçını yolar;
Ruhumda yanğınlar baş qaldırmada
Nə sönər zamanla, nə sakit
olar.
Durub inanımmı öləcəyimə
Sevinclə
ciddiyyət durub yanaşı;
Alov dilləriylə kəlmələr kimi
Alovlar qalxırsa girdaba qarşı.
Mişanı
İslam dininə, Şərqə və Türk dünyasına çəkən hansı qüvvədir, o hansı qüvvədir
ki, onu Moskvanın göbəyində bizim səfirimizə çevirdi?! Bu sualın cavabını
öyrənmək üçün, gəlin, Mişanın özünü oxuyaq: "Leninqradda
doğulsam da, uşaqlığım Qırğızıstanın cənubunda, Fərqanə vadisində keçdi.
Böyüdüyüm, havasını udub, suyunu içdiyim yerlərin landşaftı ilə İslam dini
arasındakı sehirli, sirli əlaqə o zamanlar İslama, ümumilikdə götürdükdə Şərqə,
xüsusiylə də İslam şərqinə məndə böyük maraq və sevgi oyandırdı. Quranın Rusca
tərcüməsi evimizdə hər zaman vardı. Məktəb illərində çox böyük bir maraqla onun
səhifələrini vərəqləyirdim. Quranı anlamağa başladığımda isə sanki yeni bir
dünyanın qapılarını açdım. Əbu Hamid əl-Qəzalinin dediyi kimi, "Allaha gedən
pillələr saysız-hesabsızdır. Və hər
sənətkar da bu pillələrin birindən yola çıxar. Bəlkə buna görədir ki, ilham
anlarında M.Lermontov və Bunin həqiqi müsəlman kimi davranmışlar. Quran hər
zaman mənə xəzinə kimi gəlmiş və dünyada heç bir güc məni bu xəzinədən
uzaqlaşdıra bilməz. Əlbəttə, Rusiya hər şeydən öncə Pravoslav ölkəsidir.
Pravoslavlıq rus kültürünün əsasını təşkil edir. Xarici təsir güclərinə
gəldikdə isə İslam bu güclərin ən əhəmiyyətlisidir".
M.Sinelnikovun "Buludlar və quşlar”
adlı ilk kitabı 1975-ci ildə çap olunacaqdı. Sonra ədəbiyyatla ilgili məqaləllər yazmağa və araşdırmalar aparmağa
girişəcəkdi. Özəlliklə çeşitli dinlərin Rus mədəniyət və ədəbiyatına təsirlərini
araştdırmaqla uğraşacaqdı. Ona qədər kimsə tərəfindən tədqiq edilməmiş Rus ədəbiyyatında
İslam motiflərini araşdıracaqdı. İstər
Avropa, istərsə də Şərq ədəbiyatı şairilərindən bir çoxunun əsərlərini Rus
dilinə tərcümə edəcəkdi. Bu tədqiqatlar, özəlliklə Türk Dünyası ədəbiyatından
və Gürcü ədəbiyatından etdiyi tərcümələr geniş marağa səbəb olacaqdı.
Şərq-İslam, buddizim düşüncəsi şairin xəyalını qanadlandıracaq və
onu uzaq səfərlərə səsləyəcəkdi:
Himalay, Tibet, Benqal körfəzi, Hindiçin, Monqol çölləri, Koreya, Şiri-Lanka,
İsrail, Qafqaz, Türkiyə, İran və Ərəb ölkələri onun səyyahət güzərgahı
olmuşdur. Əlbəttə M.Sinelnikov Avropa ölkələrinə də səyahət etmiş və bu səyahətin
izləri şeirlərində görünür. Amma onunçün Şərqdən aldığı izlənim bir başqadır. Bunu
tərcümə etdiyi şairlərin siyahisindən də
görmək mümkündür. Bu səfərlərin zəngin bilik və təəssüratı ona Uzaq Şərq,
Şimalı Qafqaz şairləri, Fars klassikləri, Türk dilli şairlərinin əsərlərini
böyük bir başarı ilə rus dilinə çevirməsinə
səbəb olacaqdı. Bunların arasında Qaraçay və çəkəzlərin monimental "Nart” dastanını”nın ayrıca bir yeri var. Tərcümə etdiyi şairlərin sadəcə adları belə çəkilən
zəhmətin miqyasını görmək baxımından çox önəmlidir: Aleksandr
Çavçavadze, İlya Çavçavadze, Akaki Sereteli, Qalaktion Tabidze, Rudaki, Ömər Xəyyam,
Yunus Əmrə, Cəlallədin Rumi, Sədi, Hafiz, Cami, Məhəmməd İqbal, Lahuti,
Şamkarimşira, Qaysın Quliyev, Abdulla Tukay, Ali Akbaş və s. Amma M.Sinelnikova
şöhrət gətirən heç şübhəsiz ən
mükəmməl tərcüməsi XII əsrin böyük Azərbaycan şairi Xaqaninin geniş həcmli divanıdır. M.Sinelnikovun Azərbaycan poeziyasını heyranlığı aşağıdakı şeirndən də
görünməkdədir:
Qatları çox bir sözün uzaq dərinliyində
Qapalı mənaların ən can alan yerində
Və həyat axışında düzənləri yıxaraq,
Məna ardınca məna, sirr içindən
çıxaraq,
Sonra zaman içində səsə dönüşər fikir
Vaxtsız ayrılıqları geri çevirər bir-bir
Bu musiqi fonunda sonsuz dünya
nizamı
Fuzuli və Nizami!
M.Sinelnikov Xaqaninin divanı ilə yanaşı Azərbaycan ədəbiyyatından M.Şəfi, H.Cavid, R.Rza, B.Vahabzadə və
bir sıra başqa şairimizin də əsərlərini rus dilinə çevirmişdir. Bu xidmətlərinə görə də ona Nəsimi, Nəcəf Nəcəfov və Mikayıl Müşfiq mükafatı verilmişdir. Bu tərcümələrdən bir çoxu 2011-ci ildə çap olunan "Şərq
poeziyası” tərcümələr kitabında yer
almışdır. Yeri gəlmişkən onu da xatırladım ki, M.Sinelnikov Xaqani "Divanı”nın
tərcüməsinə görə Rusyanın ən önəmli Bunin mükafatına layiq görülmüşdür.
27 orijinal
şeir kitabı, ədəbiyatla ilgili sayısız məqalə və araştırmaları var. Şeirləri ilə 20. yüzil "Rus şeirr
antologiyası”nda yer alıb. Əsərləri ingilis, alman, hind, Koreya, Rumın dillərində
yayınlanıb.. Şeirləri müxtəlif Türk ləhçələrinə və Türkiyə Türkçəsinə çevrilib.
Yapon, və rumın dilinə çevrilən əsərləri kitap halında yayınlandı.
Son
dönəm yazılarından yola çıxaraq deyə bilərəm ki, Mixail
Sinelnikov bir şair kimi sənətkar ömrünün ikinci baharını yaşayır, sanki ikinci
nəfəsi açılıb. Rusiya mətbatında son illər onun qədər tez-tez çap olunan ikinci
bir şair tapmaq müşkül məsələdir. Məncə, uşaqlıq saflığını yaşın irəliləyən
çağlarına qədər daşıya, həm də bu saflığı həyati təsrübə ilə zənginləşdirə bilənlər
ömrün ahıl çağlarında fiziki qocalığın məngənəsində sıxılmaq əzabında uzaq
olur. Və bu uzaqlıq da belə adamlara böyük bir coşqu ilə əvəzsiz əsərlər
yazdıra bilir.
Adı böyük hərflərlə yazılcaq dostumu, ədəbiyyatımızın
cəfakeş təbliğçisini yetmiş illiyi münasibəti ilə canı könüldən təbrik edirəm.
Məmməd İsmayıl