• şənbə, 20 Aprel, 17:57
  • Baku Bakı 23°C

Ədəbiyyatımızda milli-mənəvi dəyərlər mövzusunda təlim-konfrans keçirilib - Fotolar

27.07.16 17:21 1745
Ədəbiyyatımızda milli-mənəvi dəyərlər mövzusunda təlim-konfrans keçirilib - Fotolar
Humanitar Araşdırmalar İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması" layihəsi çərçivəsində "Ədəbiyyatımızda milli-mənəvi dəyərlər" adlı təlim-konfrans keçirilib. Konfransı giriş sözü ilə İctimai Birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva açıb. O, Azərbaycan xalqının dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahib olduğunu bildirib: "Azərbaycan folklorunun özəlliklərindən birini – onun başqa türk xalqlarının folkloru ilə ortaq dəyərlərə malik olması təşkil edir. Ortaq türk folkloruna aid olan dastanlar arasında "Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. "Köç”, "Ergenekon”, "Su”, "Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapıb. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Mahmud Kaşqarlının "Divan-i Lüğət-it Türk” əsərində öz əksini tapıb. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır. Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərib”.

Təlimçi – Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, yazıçı Əkbər Qoşalı mövzunun önəmini vurğulayaraq bildirib ki, ədəbiyyatımızdakı milli dəyərlərdən danışarkən ilk öncə "Kitab-i Dədə Qorqud” yada düşür. Çünki bizim kökümüz məhz o dastandan başlayır. Daha sonra təlimçi ozan aşıq poeziyası üzərində dayanıb. Deyib ki, poeziyamız mənəvi dəyərlərimizin tam əks olunduğu vasitədir. Yazıçı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əsərlərində canlandırmış yazıçılardan da bəhs edib.

Layihənin eksperti millət vəkili, professor Musa Qasımlı milli-mənəvi dəyərlərimizin təbliğ olunduğu layihələrin Azərbaycan gəncliyi üçün çox yararlı olduğunu qeyd edib.

Daha sonra müzakirə edilən mövzuya dair iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
banner

Oxşar Xəbərlər