• çərşənbə axşamı, 19 mart, 07:41
  • Baku Bakı 8°C

Ədəbiyyat və incəsənətə ayrılan büdcə azalır

25.12.17 11:15 997
Ədəbiyyat və incəsənətə ayrılan büdcə azalır
Türkiyədə sadə əhalinin kitaba xərclədiyi maliyyənin məbləğinin ümumi mədəniyyət xərcləri arasındakı payı 10,4%-dən 10,2%-dək azalıb. Qəzet və jurnallara xərclənən pulun ümumi xərcdəki payı 2,5%-dən 2,2%-dək düşüb. "edebiyat”-ın xəbərinə görə, Türkiyədə geridə qoyduğumuz 2017-ci ildə əhali kitaba ümumilikdə 1439935 lirə (631 min manat - red.), qəzet və jurnallara isə 305803 lirə (134 min manat – red.) pul xərcləyib.
Ümumi mədəni xərclərdə ən böyük payı televiziya üçün edilən ödənişlər tutub. Əhalinin bu xidmətə görə ödənişlərində 240 min lirəlik artım qeydə alınıb.Statistikaya görə, teatr, kino və konsert kimi digər mədəni tədbirlərə xərclənən pulun ümumi miqdarında 1 faizlik geriləmə qeydə alınıb.Muzeylər, zooparklara xərclənən pulun ümumi xərcləmədəki payında isə 0,5%-lik azalma müşahidə olunub.Ümumi xərclərdə musiqinin payına düşən hissədə ciddi artım olub. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə radio, cd oxuducu, qulaqlıq, elektro-akustik alətlərə xərclənən pulun məbləğində 2,7 faizlik bir artım, bu il isə ötən illə müqayisədə 4,2 faizlik irəliləyiş qeyd edilib.
Xərclərə uyğun aparılan hesablamalara görə, 78 milyon əhalisi olan Türkiyədə il ərzində adambaşına 8 kitab alınıb. Kitab nəşrinin çoxalmasına baxmayaraq, rəqəmlərin ildən-ilə dəyişməməsi və ya geriləməsi xoşagəlməz hal kimi dəyərləndirilir. Aparılan digər sorğular isə Türkiyədə ortalama bir insanın gündə cəmi bir dəqiqə kitaba vaxtı qaldığını göstərir. Orta statistik vətəndaşın kitaba xərclədiyi pul isə 0,18 lirədir (0,07 manat – red.). Dünya praktikasına bu göstərici üzrə qəbuledilən rəqəm 1,3 dollardır.
banner

Oxşar Xəbərlər