AZE | RUS | ENG |

Ədəbiyyat İnstitutu: İşçimizi İrana biz göndərməmişik

Ədəbiyyat İnstitutu: İşçimizi İrana biz göndərməmişik
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid Təbrizdə həbs edilib. Lent.az-ın məlumatına görə, X.Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Məsələ ilə bağlı Ədəbiyyat İnstitutu ilə əlaqə saxladıq. İnstitutun direktor müavini Məhərrəm Qasımlı Lent.az-a bildirib ki, bu məsələdən xəbərdardırlar: “Xalidə xanımın hansı səbəbdən həbs olunmasını bilmirəm. Mətbuat vasitəsi ilə xəbər tutdum ki, əməkdaşımız İranda həbs olunub”. M. Qasımlının sözlərinə görə, X. Xalid aprelin 26-dan etibarən işə də gəlmirmiş: “Bir neçə gündür o, işə gəlmir. Heç icazə də almayıb. İşə gəlməməyinin səbəbi də bəlli deyil. Bir də onu qeyd edim ki, Xalidə Xalid İrana Ədəbiyyat İnstitutu tərəfindən göndərilməyib. Nə məqsədlə getdiyini biz də bilmirik”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311