• çərşənbə axşamı, 19 mart, 06:09
  • Baku Bakı 8°C

Ədəbiyyat insanı hara desən, aparar!

24.07.17 11:35 6708
Ədəbiyyat insanı hara desən, aparar!
Corc Martinin silsilə fantastik romanı "Buz və Alovun hekayəsi"-nin ("A song of ice and fire") motivləri üzərində ekranlaşdırılmış "Taxt Oyunları" ("Game of thrones") serialının daimi izləyiciləri dünyanı təəccübləndirməyə davam edirlər. Güclü bir ədəbi nümunənin və ya filmin insanın duyğularına, düşüncələrinə təsir gücü hamıya məlumdur. Lakin nəhəng bir auditoriyanı idarə etmək, yönləndirmək, xüsusilə də, hamının öz ideyalarını izləməkdə israrlı olduğu bir dövrdə olduqca müşkül məsələdir. Statistika isə "Taxt oyunları"-nın bu işin öhdəsindən asanlıqla gəldiyini göstərir. Belə ki, dünya turizm sahəsinin ən çox izləyicisi olan internet ünvanlarından "hotels.com" olduqca maraqlı bir hesabat təqdim edib. Hesabatda adıçəkilən filmin pərəstişkarlarının axın-axın "Taxt oyunları"-nın ekranlaşdırıldığı yerlərə səyahət etdiyi rəqəmlərlə göstərilib.
* Filmin dördüncü fəslinin ilk 10 seriyasından sonra Google və Hotels.com-da "İslandiya, Divarın arxası" ("İsland, Beyond the wall") başlıqlı axtarışların sayı qısa müddətdə 285% artıb.
* 120%-lik artım isə əvvəllər qul şəhəri olmuş Meeren, indiki Xorvatiyanın Split şəhəri üçün verilən axtarışlarda müşahidə olunub.
* Xorvatiyanın zəngin və qüdrəti dillərə dastan olmuş Bravos şəhərinin salındığı Sibenik sahillərinə alınan istirahət paketlərinin sayı 60% artıb.
* Filmdə yaradılmış xəyali Dorne şəhərinin çəkilişləri İspaniyanın Sevilla şəhərində aparılıb. İlk dəfə 5-ci mövsümdə canlandırılan bu şəhər haqqındakı axtarışlar filmin yayımlandığı gün 85%, bir ay ərzində isə 145% faiz artıb. Sevillaya alınan istirahət paketlərində isə bu artım 28% olub.
* 7-ci mövsümdə qısa çəkilişlər aparılmış və hələ ki, sadəcə reklam çarxlarında görünən Belfasta alınan istirahət paketləri isə 74% artıb.
Hamı yeni mövsümdə macəranın necə davam edəcəyini gözləsə də, həyatına Yeddi Krallığın havasını qatmaq istəyənlər özlərini çoxdan yollara atıb. 2011-ci ildən bəri milyonlarla insanın xəyal dünyasını rəngləyən və sırf izləyici tələbi ilə hər il milyardlarla dollar hesabına çəkilişləri davam edən "Taxt Oyunları" yəqin ki, müasir dünyanın "ən güclü bəndidir”. Hotels.com-dan verilən açıqlamada İslandiya, İspaniya, Xorvatiya və Şimali İrlandiyanın turizmindəki fantastik canlanmanın sırf bu filmlə bağlı olduğu bildirilir. Şirkətin sözçüsü İzabella Pinson: "Taxt Oyunları" serialın səhnələrinin çəkildiyi əfsanəvi, sehrli məkanların axtarışlarındakı göstəricilərdə artıma səbəb olmaqla, dünya macərapərəstlərini hərəkətə gətirdi. Hotel və turizm sektoru onları çəkiliş ərazilərinə ən yaxın yerlərdə əfsanənin necə reallaşdığına şahid ola bilmələri üçün şərait yaratmağa hazırıq".
banner

Oxşar Xəbərlər