• çərşənbə axşamı, 19 mart, 12:09
  • Baku Bakı 8°C

Ədəbiyyat çayları

12.06.17 12:26 2569
Ədəbiyyat çayları
Ədəbiyyatsevərlər üçün bir-birindən maraqlı və ağılalmaz hədiyyələr istehsal edən "writersgifts” saytı daha bir qeyri-adi işə imza atıb. Kitab, şeir və ədəbiyyatsevərlər üçün aforizmlər, şeir və romanlardan sitatlarla bəzədilmiş çay qutuları tərtib edilib. 50-yə yaxın sevilən çay növü bir-birindən maraqlı dizaynlarla bəzədilmiş qutulara doldurulur və kitabsevərlərin sevimli hədiyyələrinə çevrilir. İlkin yazı nümunələrindən bu günümüzə qədər minlərlə şair, yazar, filosofun şəkil və aforizmləri, əlyazmaları, sevilən şeirlərdən misralar, klassik əsərlərin ilk və ya ən yaddaqalan cümlələri sadəcə çay paketlərini yox, fincan və dəmlikləri də bəzəyib. Qeyd edək ki, bu əşyalar son bir ayda saytın ən çox maraq görən məhsullarıdır.
Elektron ticarət ünvanının maraq görən başqa məhsulu da maqnitli şeir dəstidir. Dəstlərin hər birinin içində arxası maqnitlənmiş 300 söz var. Bu sözləri düzgün yerləşdirməklə məşhur şeirləri düzəltmək və ya yeni şeir yazmaq olur. Dəst üç yaşdan yuxarılar üçün nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər