• cümə axşamı, 25 aprel, 18:16
  • Baku Bakı 21°C

Eddi İsrafilov Azərbaycan millisində!

08.01.15 16:24 1853
Eddi İsrafilov Azərbaycan millisində!
İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilov, nəhayət ki, Azərbaycan millisində oynamağa razılıq verib. Apasport.az saytının məlumatına görə, futbolçunun valideynləri və meneceri bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
Az öncə başa çatan görüşdə tərəflər Eddi İsrafilovun Azərbaycan millisində oynamaq məsələsini müzakirə edib. Yekunda danışıqlar müsbət nəticələnib. Bu isə o deməkdi ki, 22 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Eddi İsrafilov müqavilə ilə İspaniyanın digər klubu “Mursiya”ya məxsusdu.
banner

Oxşar Xəbərlər