• cümə, 29 Mart, 12:24
  • Baku Bakı 14°C

Edam edib, sonra bağışladılar - Maraqlı

28.04.14 12:12 1130
Edam edib, sonra bağışladılar - Maraqlı
APA-nın “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, hadisə Təbriz Mərkəzi Həbsxanasında qeydə alınıb.
Qətldə günahlandırılan məhbus ölüm acısını dadması üçün dara çəkilib və üç dəqiqə asılı vəziyyətdə saxlanıldıqdan sonra öldürdüyü şəxsin valideyni tərəfindən bağışlanılıb. Bundan sonra məhbus ambulator müayinədən sonra xəstəxanaya qaldırılıb. Hazırda onun sağlıq durumunun yaxşı olduğu bildirilir.
Məlumatda ötən il 23 nəfərin ölümdən xilas olduğu qeyd edilib. Bundan əlavə, Qoşaçay (Miyandab) şəhərində bir gənc məhbus qurbanının ailəsi tərəfindən əfv edilib.
Qeyd edək ki, bu günlərdə İranda bir ana da öz oğlunun qatilini dar ağacında ikən bağışlayıb.
banner

Oxşar Xəbərlər