• cümə, 26 Aprel, 08:40
  • Baku Bakı 12°C

Əcnəbilərə ən az vətəndaşlıq hüququ tanıyan ölkə

10.04.18 09:20 840
Əcnəbilərə ən az vətəndaşlıq hüququ tanıyan ölkə
Avropa İttifaqı ölkələri arasında əcnəbi vətəndaşlara ən az vətəndaşlıq hüququ tanıyan ölkə Avstriyadır.
AZƏRTACxəbər verir ki, bu məlumat Avropa Statistika İdarəsinin (Eurostat) yaydığı məlumatda öz əksini tapıb.
2016-cı ilin statistik göstəriciləri əsasında tərtib olunmuş hesabatda qeyd edilib ki, Avstriyada yaşayan hər 100 əcnəbi vətəndaşdan yalnız 0,68 nəfərə vətəndaşlıq verilib. Avropa İttifaqının 28 ölkəsi arasında Avstriya ilə yanaşı, ən aşağı kvota Latviyada da qeydə alınıb. Əcnəbilərin ən az vətəndaşlıq aldığı və ya almaqda maraqlı olduğu ölkələr renkinqində sonrakı yerlərdə Slovakiya (0,74 nəfər), Estoniya (0,90 nəfər) və Litva (0,94 nəfər) gəlir.
Ölkənin miqrasiya qanunvericiliyində əcnəbi vətəndaşlar üçün geniş imkanlar tanıyan ölkələrin siyahısına isə Xorvatiya başçılıq edir. 2016-cı ildə ölkədə yaşayan hər 100 əcnəbi vətəndaşdan 9,71 nəfəri Xorvatiya vətəndaşlığını əldə edib. Sonrakı yerdə isə İsveç (7,9 nəfər) və Portuqaliya (6,5 nəfər) dayanır.
Qeyd edək ki, 2015-ci ildə 841 min, 2016-cı ildə isə 995 min əcnəbi vətəndaş Avropa İttifaqı ölkələrində vətəndaşlıq əldə ediblər. Avropada vətəndaşlıq alan əcnəbilərin ən böyük qrupu Mərakeşin payına düşür (101 min 300 nəfər). Sonrakı yerlərdə isə Albaniya (67 min 500 nəfər), Hindistan (41 min 700 nəfər), Pakistan (32 min 900 nəfər) və Türkiyə (32 min 800 nəfər) vətəndaşları gəlir.
banner

Oxşar Xəbərlər