• çərşənbə axşamı, 16 aprel, 23:47
  • Baku Bakı 18°C

Əcnəbilərə ƏDV-nin geri qaytarılması qaydasına dəyişikliklər təsdiqlənib

13.01.17 20:32 1247
Əcnəbilərə ƏDV-nin geri qaytarılması qaydasına dəyişikliklər təsdiqlənib
Azərbaycan prezidentiİlham Əliyev "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında 2016-cı il 12 iyul tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmanının 5-ci hissəsində "və "AzərbaycanHavaYolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri, "AzərbaycanHavaYolları” Qapalı Səhmdar Cəmiyyəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, "vəhavanəqliyyatında” sözləri ",havavə su nəqliyyatında” sözləri ilə əvəz edilib.

"Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” üzrə 1.1-ci bənddə "hava” sözündən sonra "və su” sözləri, 1.3.6-cı yarımbənddə "lisenziya” sözündən sonra "və ya icazə” sözləri əlavə edilib.

Qeyd edək ki, "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan ərazisindənhavanəqliyyatı vasitəsilə aparılarkən geri qaytarılması qaydasını tənzimləyir.
banner

Oxşar Xəbərlər