• cümə, 19 Aprel, 11:56
  • Baku Bakı 13°C

Əcnəbilərə bu gündən Azərbaycanda viza veriləcək

06.06.16 11:03 1025
Əcnəbilərə bu gündən Azərbaycanda viza veriləcək
Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza alması ilə bağlı yeni prosedur qüvvəyə bu gündən minib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsi barədə qərarında əksini tapıb.
Ərizə-anketdə pasportda olduğu kimi soyad, ad, cins, doğum tarixi (gün, ay, il), doğum yeri (şəhər, ölkə), vətəndaşlıq barədə məlumat əksini tapmalıdır.
Şəxsin vətəndaşlığının dəyişib-dəyişməməsi barədə məlumatı (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığı göstərməlidir) da ərizə-anketdə göstərməlidir. Ərizə-anketdə pasportun seriyası, Azərbaycan Respublikasında qalma müddəti (gün), səfərin məqsədi, ərizə-anketi qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) tam adı, ünvanı və telefon nömrəsi də əksini tapmalıdır.
banner

Oxşar Xəbərlər