• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Əcnəbi xətib “Əjdər Bəy” məscidində xütbə söyləyəcək

13.11.19 15:04 664
Əcnəbi xətib “Əjdər Bəy” məscidində xütbə söyləyəcək
Misirin baş müftisi Şövqi Əllam noyabr ayının 14-15 tarixlərində Bakıda keçiriləcək 2-ci Bakı Dünya Dini Liderləri Sammitində iştirakı çərçivəsində 15 noyabr tarixində cümə xütbəsi söyləməsi planlaşdırılır.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adil İbrahim bildirib ki, ilk dəfə olaraq əcnəbi xətib Azərbaycan paytaxtı Bakının ən böyük və ən qədim məscidlərindən biri hesab olunan "Əjdər Bəy” (Göy Məscid adı ilə tanınan) məsciddə xütbə söyləmək üçün minbərə çıxacaq.
Xatırlatmaq yerinə düşərdi ki, məscidin axundu Azərbaycan Respublikasının müftisi Şeys Salman Musayevdir. Bu, Misir və Azərbaycan tərəfləri arasındakı yaxşı münasibətlərin olmasını və Azərbaycan dini qurumlarının Misiri və onun İslam Dünyasında olan mövqeyini qiymətləndirilməsini təsdiqləyir.
Səfir Azərbaycan xalqının məzhəbindən asılı olmayaraq qəlbində Əzhərin istisna mövqeyi olmasını nəzərə alaraq Azərbaycan rəsmilərinin Əzhərin Şeyxinin Bakıya səfər etməsini səbirsizliklə gözlədiklərini bildirdi. Xüsusən də, Sovet Dövründən bəri iki ölkənin dini rəhbərləri arasındakı sıx münasibətlərdən əlavə yüzlərlə azərbaycanlı 1991-ci ildə müstəqillik qazandıqdan sonra dini təhsillərini Əzhərdə almışdı.
Qeyd olunmalıdır ki, iki ölkə arasında münasibətlər sürətli inkişafın şahidi olmuşdu. Bu, son dövrlər Xarici İşlər və Turizm nazirlərinin, habelə, Nümayəndələr Palatasının birinci müavini cənab Şərifin Azərbaycana olan səfərlərində öz əksini tapmışdı.

banner

Oxşar Xəbərlər