• cümə, 29 Mart, 12:04
  • Baku Bakı 14°C

Əcnəbi Tələbələrin 1-ci Azərbaycan dili olimpiadasının ilk mərhələsi keçirilib

28.10.14 17:07 1111
Əcnəbi Tələbələrin 1-ci  Azərbaycan dili olimpiadasının ilk mərhələsi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Əcnəbi tələbələrin 1-ci Azərbaycan dili olimpiadası” layihəsinin əsas mərhələsi uğurla baş tutub. Bakı Beynəlxalq Tələbə Klubunun həyata keçirdiyi bu layihə çərçivəsində əcnəbi tələbələr bu dəfə öz Azərbaycan dili bacarıqlarını peşəkar münsiflər heyəti qarşısında nümayiş etdiriblər. “Bakı Caz Mərkəzi”ndə Azərbaycanın 7 ali təhsil müəssisəsindən (ADNA, ADİU, ATU, AZTU, AZMİU, BSU, Xəzər) 100-dən çox əcnəbi tələbə finala keçmək uğrunda yarışıblar . Olimpiadanın münsiflər heyətində millət vəkili Aydın Mirzəzadə, tanınmış prodüser Murad Dadaşov, 2014-cü ilin Olimpiya səfiri, Əməkdar artist Tünzalə Ağayeva və xəbər aparıcısı Samira Mustafayeva təmsil olunublar . Münsiflər iştirakçıların çıxışlarına öz münasibətlərini bildirərək onların bacarıqlarını bal sistemi ilə qiymətləndiriblər. Bu mərhələdə iştirakçılar qısa zamanda iştirak üçün universitetlərin və Bakı Beynəlxalq Tələbə Klubunun köməyi ilə Azərbaycan dilində şeir , mahnı, atalar sözləri və kəlamlar öyrənərək çıxışlar ediblər.
Layihəni həyata keçirən , Bakı Beynəlxalq Tələbə Klubunun sədri Aysəba Mirzəyevanın sözlərinə görə , bu olimpiadanın əsas hədəflərindən biri əcnəbi tələbələr arasında Azərbaycan dilinin təbliği, dilimizə olan sevgilərinin artırılması, onlar arasından istedadlı gənclərin üzə çıxarılmasıdır. Qeyd edək ki, layihənin bağlanış və seçilən iştirakçıların mükafatlandırma mərasimi rəsmilərin iştirakı ilə yaxın günlərdə baş tutacaq .
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər