Əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması...
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin
(İCMPD) nümayəndələri ilə görüş olub.
Nazirliyin məşğulluq
siyasəti və demoqrafiya şöbəsinin müdiri
Elnur Süleymanov ötən dövrdə ölkəmizdə formalaşmış miqrasiya
qanunvericiliyində mütərəqqi beynəlxalq yanaşmalara və bu qanunvericiliyin təkmilləşdirilməsi
işlərində də qabaqcıl dünya təcrübəsinə istinad olunduğunu deyib.
İCMPD tərəfindən
müvafiq layihə cərçivəsində həyata keçirilmiş "Azərbaycanın əmək bazarında əcnəbi
işçi qüvvəsinə tələbatın müəyyən edilməsi” adlı tədqiqatın nəticələrindən bəhs
olunub. Tədqiqatda İCMPD ilə birgə layihələr əsasında beynəlxalq təcrübə nəzərə
alınmaqla əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun, yüksək
ixtisaslı miqrant işçilərin cəlb olunması mexanizminin və s. təkmilləşdirilməsi
ilə bağlı tövsiyələr də yer alıb.
Görüşdə ölkəmizdə
əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun təkmilləşdirilməsi
məsələləri İCMPD-in nümayəndələri ilə birgə müzakirə olunub. Bu sahədə tədqiqatda
əskini tapan tövsiyələrə uyğun istiqamətlər üzrə
təkliflərin hazırlanaraq təqdim olunması razılaşdırılıb.