• şənbə, 20 Aprel, 01:33
  • Baku Bakı 15°C

Əbülfəs Qarayev: "Şəki və Naxçıvanla bağlı növbəti nominasiya hazırlanır"

26.03.18 17:20 760
Əbülfəs Qarayev: "Şəki və Naxçıvanla bağlı növbəti nominasiya hazırlanır"
"İçəri şəhər və QobustanUNESCO-nun inciləri siyahısındadır. Hazırda Şəki və Naxçıvanla bağlı növbəti nominasiya hazırlanır".

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayevdeyib. O bildirib ki, beynəlxalq ekspertlər Azərbaycana səfər zamanı vəziyyətdən məmnunluq ifadə ediblər.

Nazirin sözlərinə görə, Azərbaycanda tarixi abidələrin qorunması və bərpası ilə bağlı dövlət proqramı mövcuddur: "Hazırda nazirlik və müvafiq xidmət tərəfindən bu istiqamətdə fəaliyyət həyata keçirilir. Artıq bir neçə layihə uğurla başa çatdırılıb. Hazıda bizim əsas işimiz tarixi binaların mühafizə zonalarının müəyyənləşdirməsi ilə bağlıdır. Tarixi binalar ayrılıqda deyil, şəhərlərin, kəndlərin daxilinə inteqrə olunub, sözsüz ki onların mühafizəsi tək binanın özü ilə bağlı, yox ətrafı ilə bağlı olmalıdır".
banner

Oxşar Xəbərlər