• çərşənbə axşamı, 23 aprel, 14:59
  • Baku Bakı 24°C

Əbülfəs Qarayev: "Regionlarda üçulduzlu hotellərin tikintisinə üstünlük verilir"

31.01.18 12:50 764
Əbülfəs Qarayev: "Regionlarda üçulduzlu hotellərin tikintisinə üstünlük verilir"
"HazırdaMədəniyyət və Turizm Nazirliyibeynəlxalq tenderin nəticəsi olaraq, üç şirkətlə üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir".

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayevdeyib. Nazir bildirib ki, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir: "Turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır".

Ə. Qarayev əlavə edib ki, son zamanlar regionlarda 3 ulduzlu hotellərin tikintisinə daha çox üstünlük verilir.
banner

Oxşar Xəbərlər