Əbülfəs Qarayev: “Mən sehrbaz deyiləm”

Əbülfəs Qarayev: “Mən sehrbaz deyiləm”

Mədəniyyət
27 Dekabr 2012, 10:36 1560
“Mən sehrbaz deyiləm. Bir gecəyə əmr verib deyə bilmərəm ki, otellərin qiymətləri ucuzlaşsın”. Lent.az-n məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir qeyd edib ki, qiymətləri bazar özü nizamlamalıdır. “Amma mütləq deməliyəm ki, ötən illərə nisbətən son iki ildə Azərbaycanda otellərdə qiymət təxminən 15-20 faiz aşağı düşüb. Qiymətlərin formalaşmasına isə dövlətin imkan verdiyi çərçivədə biz nəzarət edirik”.

Əbülfəs Qarayev onu da bildirib ki, gələn il daha iki yeni teatr binası təhvil veriləcək: “Dövlət proqramına uyğun olaraq proses gedir. Bilirsiniz ki, teatrların əksəriyyəti yenidən qurulub. Yeni ildə daha iki teatr binasının təhvil verilməsi gözlənilir”.