• cümə, 29 Mart, 17:18
  • Baku Bakı 14°C

Əbülfəs Qarayev: “İşğalçı qonşularımız mədəniyyət abidələrimizi özününküləşdirməyə çalışır”

16.06.17 13:10 1418
Əbülfəs Qarayev: “İşğalçı qonşularımız mədəniyyət abidələrimizi özününküləşdirməyə çalışır”
"Qonşu dövlət Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında milli sərvətlərimizin, tarixi abidələrin dağıdılması ilə məşğuldur. Artıq bu nümunə münaqişədə kimin günahkar olduğunu aydın göstərir”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri ƏbülfəsQarayev Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının açılış mərasimində deyib.
Nazir qeyd edib ki, Azərbaycanda heç bir millətə məxsus mədəni irs nümunələrinin birinə də toxunulmayıb: "İşğalçı qonşularımız işğal altındakı torpaqlarımızda mədəniyyət abidələrini özününküləşdirməyə çalışırlar”.
banner

Oxşar Xəbərlər