• şənbə, 20 Aprel, 16:10
  • Baku Bakı 23°C

Əbülfəs Qarayev Avropa Şurasının Şimal-Cənub Təşkilatın rəhbəri ilə görüşüb

20.01.18 18:20 700
Əbülfəs Qarayev Avropa Şurasının Şimal-Cənub Təşkilatın rəhbəri ilə görüşüb
Mədəniyyət və turizm naziriƏbülfəs QarayevPortuqaliyaya səfəri çərçivəsindəAvropa Şurasının Şimal-Cənub Təşkilatın rəhbəri Antonio Gamito ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs olunub. Eyni zamanda, 2018-ci ildə Bakı Prosesinin 10 illiyi ilə bağlı təşkil olunacaq tədbirlər müzakirə olunub, bu il ölkəmizdə keçiriləcək Humanitar Forum haqqında da söhbət açılıb.
Nazir Ə. Qarayev A. Gamitonu ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət edib. A. Gamito Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərin multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verdiyini bildirib.
Qeyd edək ki, adıçəkilən təşkilat ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun partnyorudur.
banner

Oxşar Xəbərlər