AZE | RUS | ENG |


Əbu Dabidə “Beynəlxalq Mədəniyyət Günü” təşkil olunub - Fotolar

Əbu Dabidə “Beynəlxalq Mədəniyyət Günü” təşkil olunub - Fotolar
Dünya şöhrətli Sorbon Universitetinin Yaxın Şərq regionu üzrə yeganə və ən böyük filialı olan Paris Sorbon Universiteti-Əbu Dabidə cari ilin 19 mart tarixində "Beynəlxalq Mədəniyyət Günü” təşkil olunub.

Trend-ə Azərbaycan Respublikasinin Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən günlər öncə Səfir Daşqın Şikarov Universitetin rektoru professor Erik Fuaş ilə görüş keçirərək, tələbələrdə digər mədəniyyətlərə ehtiram və təqdir dəyərlərinin aşılaması ideyasını özündə daşıyan bu möhtəşəm tədbirə görə cənab Fuaşa təşəkkürünü bildirib və həmin tədbirin BMT-nin qərarı ilə beynəlxalq statusa yiyələnmiş və dünya əhalisinin 300 milyonluq hissəsinin qeyd etdiyi Novruz bayramı ilə əlaqələndirməyi təklif edib. Təklifi dərhal dəstəkləyən rektor Novruz bayramı və bu bayramın Azərbaycanda necə qeyd olunduğu haqda tədbir iştirakçılarına canlı olaraq məlumat verilməsini xahiş edib.

"Beynəlxalq Mədəniyyət Günü”nün açılışında çıxış edən professor Erik Fuaş bütün iştirakçıları salamlayaraq, Universitet, o cümlədən burada hökm sürən dəyər və ənənələr haqqında dolğun bəhs edib. Çıxışının yekununda natiq Azərbaycan səfirinin təklifinə toxunub və sözü Səfirin xanımı Ülviyyə Şikarovaya verib.
Öz növbəsində, Ü.Şikarova hamını salamlayaraq, başqa mədəniyyətlərin nümayəndələrini Azərbaycan xalqının zəngin mədəni irsi ilə tanış etmək üçün verilən fürsətə görə Paris Sorbon Universiteti-Əbu Dabinin rəhbərliyinə minnətdarlığını ifadə edib.

Novruz bayramından söz açan Səfirin xanımı ilk növbədə "yeni gün” mənası verən və marın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün kimi qarşılanan Novruz bayramının 3000 il ərzində Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda təntənəli surətdə qeyd edildiyini dinləyicilərin diqqətinə çatdırıb. BMT Baş Assambleyasının yer kürəsində 300 milyon insanın bu qədim bayramı özəlliklə qeyd etdiyini nəzərə alaraq, 23 fevral 2010-cu il tarixli qətnaməsində 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etdiyini xatırladıb.

Ardınca Ü.Şikarova Azərbaycan xalqının Novruz adət-ənənələrinə toxunaraq, bu barədə dolğun danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və dövlətimizin başçısının digər ailə üzvlərinin hər il paytaxt Bakıda düzənlənən ümumxalq şənliyə qatıldıqlarını vurğulayıb və şənliyin təfərrüatları üzərində ətraflı dayanıb.

Çıxışlardan sonra iştirakçı tələbələr məxsusi olaraq təşkil olunan podiumda öz milli geyimlərini növbə ilə nümayiş etdiriblər. Ü.Şikarovun rəhbərliyi ilə Səfirliyin diplomatlarının xanımları və Əbu-Dabidə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən işlənilib hazırlanan fəaliyyət planına uyğun olaraq, Universitetin azərbaycanlı tələbəsi İranə Hacıyeva və Kanada məktəbinin 6-cı və 4-cü sinif şagirdləri müvafiq olaraq Aliyə Şahhüseynova və Qumral Yusifova milli geyimlərimizi nümayiş etdiriblər.

Daha sonra tələbələr öz mədəniyyət xəzinəsinə aid rəqs və mahnıları təqdim ediblər. Aliyə Şahhüseynovanın ifasında "Sarı Gəlin” rəqsi iştirakçılar tərəfindən maraqla izlənilib. 

Tədbir əsnasında məhz Novruz bayramı vaxtı süfrələri bəzəyən çərəzlər, şəkərbura, paxlava, şorqoğal kimi milli mətbəximizin nümunələri, meyvələrimiz, eləcə də müxtəlif təbliğat materialları Azərbaycan guşəsinin ziyarətçilərinin ixtiyarına verilib və böyük marağa səbəb olub.








Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002