• cümə, 29 Mart, 12:42
  • Baku Bakı 14°C

EBRD: Cənub Qaz Dəhlizi digər layihələrlə müqayisədə daha dayanıqlıdır

12.04.17 14:50 750
EBRD: Cənub Qaz Dəhlizi digər layihələrlə müqayisədə daha dayanıqlıdır
"Azərbaycanda bütün sahələrdə dinamik inkişafın şahidi oluruq. Azərbaycanda həm külək, həm də günəş enerjisinin istehsalı baxımından böyük potensial var". "APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "Caspian Energy Forum-2017"-də çıxışı zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) Rusiya, Mərkəzi Asiya və Qafqazda enerji üzrə direktoru Aida Sitdikova deyib.
Onun sözlərinə görə, EBRD-nin portfelində günəş enerjisinin payı getdikcə artır. "1992-ci ildən bərpaolunan enerji sektoruna 2,3 mlrd. dollar maliyyə ayırmışıq. İnvestorları da bu işə cəlb etmişik. Buna baxmayaraq, iqtisadi böhran, iqlim dəyişikliyi bu sahədə bir sıra problemlər yaradır. Tək Azərbaycanda yox, bu, mənim ölkəmdə də baş verir. Bu şəraitdə tənzimləyici mühitin eyniləşdirilməsi investorlar üçün maraqlı olardı. Bərpaolunan enerji ilə bağlı hədəflərinə nail olmaq üçün ölkələrə yardım göstərilə bilər. Bərpaolunan enerji mənbələri ilə bağlı EBRD nə edə bilər? Biz tənzimləyici mühitin formalaşmasına təsir edə bilərik. Siyasi çərçivənin formalaşdırılması yolları ilə bağlı hökumətlə danışıqlar aparırıq. Biz bilirik ki, bərpaolunan enerji şəbəkənin özünə problem yaradır, buna görə də bu məsələlər də həll olunmalıdır. Bununla bağlı hökumətlə danışıqlar gedir. İnvestorlar Azərbaycana gəlirlər, hökumətlə danışıq aparmaq üçün EBRD-yə etibar edirlər. Biz Azərbaycanla da busahədə çalışmaq istəyirik. Bunun üçün çərçivə işlənib hazırlanmalıdır. Bərpaolunan enerjinin xərcləri hələ də ənənəvi enerji ilə müqayisədə yüksəkdir. Şəbəkə investisiyaları tələb olunur. Ölkələrə iqtisadiyyatlarını diversifikasiya etmək üçün yardım göstərmək lazımdır”, - deyə AYİB rəsmisi qeyd edib.
Cənub Qaz Dəhlizi layihəsinə toxunan direktor qeyd edib ki, bu layihə ilə Avropada bərpaolunan enerji layihəsi arasında qarşılıqlı əlaqə mövcuddur: "Avropa Komissiyasıbu layihəni dəstəkləyir. Bu layihə imkan verir ki, Avropa ölkələri təchizatçını diversifikasiya etsin. Cənub Qaz Dəhlizi layihəsi digər layihələrlə müqayisədə daha dayanıqlıdır".
banner

Oxşar Xəbərlər