• cümə, 29 Mart, 05:43
  • Baku Bakı 7°C

Əbdül Fəttah əs-Sisi ikinci müddətə prezidentliyə namizədliyini irəli sürüb

20.01.18 09:40 584
Əbdül Fəttah əs-Sisi ikinci müddətə prezidentliyə namizədliyini irəli sürüb
Misir prezidenti Əbdül Fəttah əs-Sisi rəsmən ikinci müddətə namizədliyini irəli sürdüyünü bildirib.
APA-nın xəbərinə görə, bu barədə dövlət başçısı özünün "Twitter” səhifəsində yazıb.
Misirdə növbəti prezident seçkiləri martın 26-dan 28-dək keçiriləcək. Seçkilərin nəticələri aprelin 2-də məlum olacaq.
Namizədlərin heç biri lazımi sayda səs toplamasa, seçkilərin ikinci turu 26-28 apreldə baş tutacaq.
Qeyd edək ki, Əbdül Fəttah əs-Sisi 2014-cü ilin mayında prezident postuna seçilib.
banner

Oxşar Xəbərlər