• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

E-sosial.az portalından istifadə daha əlçatan, sürətli və rahat olub

13.01.21 17:15 525
E-sosial.az portalından istifadə daha əlçatan, sürətli və rahat olub
Azərbaycanın Vahid Sosial Reyestri olane-sosial.azinternet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə "Android” və "İOS” əməliyyat sistemi üçün tətbiqlər də fəaliyyət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindənKaspi.az-a verilən məlumata görə, həmin mobil tətbiqi yükləyərək sosial müdafiə hüquqları barədə bütün suallara bir pəncərədə cavab tapmaq olar.
Mobil tətbiqdə qeydiyyat çox sadədir. İstifadəçidən yalnız adı, şifrə, adına olan mobil nömrə, elektron poçt ünvanı və FİN nömrəsini qeyd etmək tələb olunur.
16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən portalda əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya kimi müxtəlif sahələrin elektron bazasına çıxış imkanı var.
Qeyd edək ki, 2020-ci il ərzindəe-sosial.azportalına "Android” əməliyyat sistemi vasitəsilə 32 050, "İOS” platforması üzərindən 31 186 müraciət daxil olub.
E-sosial.az portalının mobil tətbiqi ilə bağlı ətraflı məlumatı videoçarxından əldə etmək mümkündür.
banner

Oxşar Xəbərlər