AZE | RUS | ENG |

Döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyəti yox­la­nılıb

Döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyəti yox­la­nılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın "Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­la­yıb.
DSX-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi isti­qa­mətində həyata keçirilən tədbirlərin gedişatı, "Qazax” sər­həd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, müdafiə mövqe­lərinin möhkəmləndirilməsi, mühəndis-isteh­kam tədbirlərinin gücləndi­ril­məsi üzrə tapşı­rıq­ların icra vəziyyəti haqqın­da məru­zələr dinlənil­ib.
Dövlət sərhədində müasir sər­həd müha­fi­zə infra­struktu­runun formalaşdırılması, sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların inşa edilməsi, yeni yolların sa­lınması, sə­naye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə ba­xış ke­çirilib, bu fəaliyyətin güc­ləndirilməsi üzrə göstərişlər ve­­ril­ib.
Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsin­də fərqlən­diklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi əmək­daşlıq sahəsində xidmətlərə görə” me­dalı ilə təltif edilmiş yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hü­seyn Şahverdi­yevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıq­larına görə minnətdarlıq bildirilmiş, çay süfrəsi arxasında söhbət aparıl­ıb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779