AZE | RUS | ENG |

DYP postuna hücum edən şəxs həbs edilib

DYP postuna hücum edən şəxs həbs edilib
Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum edən Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
 
Bunu APA-ya aaçıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
 
Onun sözlərinə görə, faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, Bağırov Orxan Cahangir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, hadisə martın 2-də Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü  Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək ov tüfəngindən post istiqamətində atəş açıb. Daha sonra ona məxsus minik avtomobili ilə oradan uzaqlaşıb və Salyan şəhərində maşınla Salyan rayon polis əməkdaşı, 1982-ci il təvəllüdlü Dəmirov Raqib Həmdulla oğluna yüngül xəsarət yetirib.
 
Məlumata görə, qeyd edilən şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. O.Bağırov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000