• şənbə, 27 Aprel, 00:43
  • Baku Bakı 14°C

"Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər" - Fotolar

26.11.16 14:56 1652
"Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər" - Fotolar
Binəqədi rayonunda "Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbirlər davam edir. M.Ə.Rəsulzadə bələdiyyəsinin ictimai-humanitar sektorunun və "Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə qəsəbənin 100 saylı məktəbində növbəti maarifləndirici görüş keçirilib. Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sektor müdiri Günel Vahabzadə, "Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov, təşkilatın üzvləri, həkim-ekspert Solmaz Mirzəyeva və 100 saylı məktəbin XI sinif şagirdləri iştirak ediblər. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklər, Hepatit B, Hepatit C, İİV/QİÇS, Vərəm xəstəliklərinin əlamətləri, onlara yoluxma və onlardan qorunma yolları barədə ətarflı məlumat verilib, sağlam həyat tərzi təbliğ edilib.



banner

Oxşar Xəbərlər